AZ

Sevgililər gününü tənha keçirənlərə XƏBƏRDARLIQ - Bu xəstəliklərə...

“Tənhalıq qaraciyər xəstəliklərinin inkişafını sürətləndirir”.

Bizim.Media “MedicalXpress” portalına istinadla xəbər verir ki, çinli tədqiqatçıların İsveçdəki Karolinska İnstitutu ilə birgə araşdırması bu nəticəni ortaya çıxarıb.

Belə ki, tədqiqatda 400 mindən çox insan iştirak edib və onların sosial həyatı ilə qaraciyərindəki əlaqə təhlil edilib.

Tədqiqat nəticələri göstərib ki, tənhalıq qaraciyər xəstəliklərini 22 faiz, sosial təcrid isə 13 faiz artırır. Eyni zamanda, tənhalıq yalnız psixi sağlamlığa deyil, həm də metabolik xəstəliklərin inkişafına ciddi təsir göstərir.

Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr