AZ

Ersin Tatar Pakistanın baş nazirinə təşəkkür etdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Pakistanın baş naziri Şahbaz Şərifə təşəkkür məktubu göndərib.

News24.az xəbər verir ki, Ersin Tatar Pakistanın baş nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə KKTC-ni dəstəkləyən sözlərə görə təşəkkür edib.

“Dost və qardaş Pakistanın baş nazir, bu gün bir daha qətiyyətlə təkrarladığınız haqlı mübarizəmizə sarsılmaz dəstək açıqlamalarınıza görə ən dərin minnətdarlıqlarımı bildirirəm.

Pakistanın baş naziri Şahbaz Şərifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında verdiyi “Pakistan Quzey Kıbrısın mübarizəsinə tam dəstək verir və bu mübarizədə tərəddüdsüz şəkildə Türkiyənin yanındadır” açıqlaması Kıbrıs Türk xalqının haqlı mübarizəsinə güc qatıb”, - deyə məktubda qeyd edilir. 

Bu fürsətdən istifadə edərək, Kıbrıs Türk xalqının hər zaman yanında olan və KKTC-yə dəstəyini hər fürsətdə ortaya qoyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşdəki açıqlamasıyla bizi bir daha şərəfləndirən Pakistanın baş naziri Şahbaz Şərifin timsalında dost və qardaş Pakistan hökumətinə və xalqına təşəkkürlərimi bildirirəm.

İnanıram ki, dövlətimiz Quzey Kıbrıs Kipr Türk Cumhuriyyəti Ana Vətən Türkiyədən aldığı sarsılmaz güclə, dost və qardaş ölkələrin göstərdiyi həmrəyliklə, başladığı bu onurlu yolda layiq olduğu yeri ən qısa zamanda alacaq”, - deyə Ersin Tatar bildirib.

Seçilən
14
1
news24.az

2Mənbələr