İsrail Fələstinin HƏMAS hərəkatının şənbə günü azad ediləcək üç girovun siyahısını bu gün təqdim edəcəyini gözləyir.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
İsrail rəsmisinin sözlərinə görə, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin siyahını İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barneaya təqdim edəcəyi gözlənilir.Xatırladaq ki, fevralın 10-da HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə fevralın 15-də buraxılmalı olan girovların azad edilməsi prosesinin təxirə salındığını elan edib. Fevralın 13-də HƏMAS vasitəçilərlə məsləhətləşmələrdən sonra razılaşmanın şərtlərini yerinə yetirəcəyini və girovların azad ediləcəyini təsdiqləyib.
Zərintac MayisqızıMissiya.Az