Hollandiya hökuməti Avropada tərkibində plastik olan nəm salfetlərin qadağan edilməsi istiqamətində mühüm addım atıb.
XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki,hökümət Avropa İttifaqını birdəfəlik bu salfetlərə qadağa qoyulmasına çağırıb.
Nəm salfetlər tualetə atıldıqda asanlıqla həll olunmur, kanalizasiya sistemlərində tıxanmalara səbəb olur və bu da, yüksək təmizlik xərclərinə gətirib çıxarır.
Hollandiyanın ətraf mühit və ictimai nəqliyyat naziri Kris Censen, plastik tərkibli nəm salfetlərin yaratdığı çirklənmənin ildə 22 ilə 55 milyon avro arasında təmizlik xərcinə səbəb olduğunu söyləyib.
Censen ekoloji təhlükənin artması ilə bu problemin daha da ciddiləşdiyini vurğulayıb.
Nazir Censen nəm salfetlərdən istifadənin sürətlə artdığını və bunun ətraf mühit üçün ciddi təhlükə yaratdığını bildirib. O, dünyanın bir çox yerində nəm salfetlərin ekoloji cəhətdən daha təmiz alternativlərlə əvəz olunmağa başladığını qeyd edib.
Xəbər 3 dəfə oxunub.