İtaliyanın "İnter" klubunun sabiq hücumçusu Keyta Balde karyerasını yenidən A Seriyasında davam etdirəcək.
"Report" xəbər verir ki, 29 yaşlı seneqallı futbolçu "Montsa" ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, İspaniyanın "Damm" klubunun yetirməsi İtaliyada "İnter"lə yanaşı, "Latsio", Kalyari" kimi komandaların da formasını geyinib. "Monako" (Fransa), "Espanyol" və "Barselona"da (hər ikisi İspaniya) da oynamış K.Baldenin son iş yeri Türkiyə təmsilçisi "Sivasspor" olub. O, Sivas klubunun heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub.