"Real Madrid"in hücumçusu Vinisius Juniorun Səudiyyə Ərəbistanı çempionatında mümkün gəlirləri ilə bağlı məlumat ortaya çıxıb.
90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, səudiyyəlilər 24 yaşlı futbolçunu transfer etməkdə çox israrlıdırlar və ona illik 200 milyon avro maaş təklif edirlər.
Səudiyyə Ərəbistanı ümid edir ki, braziliyalını özlərinə cəlb edə biləcəklər.
Vinisius bu mövsüm bütün turnirlərdə 30 matçda meydana çıxıb, 16 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, futbolçunun dəyəri 200 milyon avrodur.