![Diabetlə](https://ulusum.az/uploads/posts/2025-02/b2b5f29a2c_blood-glucose-meter-stethoscope-white-background_1387-139-pic_32ratio_900x600-900x600-27080.webp)
Missuri Universitetinin alimləri müəyyən ediblər ki, kimyəvi maddələrə həssas olan xemoreseptor adlı hüceyrələrin hiperaktivliyi 2-ci tip diabetin inkişaf riskini artırır. Araşdırmanın nəticələri The Journal of Physiology (TJP) jurnalında dərc olunub.Xemoreseptor hüceyrələri boyundakı yuxu arteriyasının yaxınlığında yerləşir və orqanizmdə oksigen səviyyəsini tənzimləyir. Onların hiperaktivliyi ürək-damar xəstəlikləri və maddələr mübadiləsi pozuntuları ilə sıx əlaqəlidir.Tədqiqatçılar hesab edirlər ki, oksigen səviyyəsinin tənzimlənməsi bu hüceyrələrin aktivliyinə təsir edə və nəticədə ürək-damar və maddələr mübadiləsi sağlamlığını yaxşılaşdıra bilər.“Əvvəlki araşdırmalar göstərib ki, siçanlarda hiperaktiv xemoreseptorların çıxarılması qanda şəkərin və arterial təzyiqin normallaşmasına səbəb olur. Biz isə yüksək oksigen dozasının insanlarda bu hüceyrələrin aktivliyini azalda biləcəyini araşdırmaq istədik,” – deyə araşdırmanın aparıcı müəllifi, Missuri Universitetinin Fiziologiya kafedrasının dosenti Jaklin Limberq bildirib.Tədqiqatda 17-si 2-ci tip diabet xəstəsi olmaqla 37 nəfər iştirak edib. Nəticələr diabet xəstələrində xemoreseptorların sağlam insanlara nisbətən daha aktiv olduğunu göstərib.Hiperoksiya, yəni orqanizmdə oksigen konsentrasiyasının artırılması şəraitində bu hüceyrələrin aktivliyi azalıb, eyni zamanda ürək döyüntüsü və arterial təzyiq aşağı düşüb. Lakin bu təsir qlükozaya dözümlülük və insulin həssaslığının dərhal yaxşılaşmasına gətirib çıxarmayıb.Alimlərin fikrincə, qısamüddətli hiperoksiya maddələr mübadiləsinin dərhal yaxşılaşmasına səbəb olmasa da, bu tədqiqatın nəticələri ürək-damar xəstəlikləri və diabetin müalicəsində yeni yanaşmaların inkişafına kömək edə bilər.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
18, 30, 50: Həyatın Əsas Yaş Böhranları
Əli Behişti ilə bağlı qərar verildi