"Nyukasl"ın mərkəz hücumçusu Aleksandr İsak klubunu dəyişə bilər.
90deqiqe.Az "TEAMtal"a istinadən xəbər verir ki, isveçli forvard Avropanın digər top klublarının marağına baxmayaraq, "Liverpul"a keçmək istəyir.
Bu mövsüm İsak bütün turnirlərdə 28 matçda meydana çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. İsakın "Nyukasl"la hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, 25 yaşlı futbolçunun dəyəri 75 milyon avrodur.