Fevralın 13-də ABŞ Senatı Robert Kennedinin səhiyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyib . ABC News fevralın 3-də bildirib ki, Demokrat senatorlar siyasətçinin təsdiqi üçün şərt olaraq peyvəndlərlə bağlı hər hansı qərar qəbul etməkdən imtina etməsini tələb ediblər.
Məlumatı “İzvestiya.ru” verib.
Yeni nazir fevralın 14-də “Fox News”ə müsahibəsində deyib: “ABŞ vətəndaşları dünyada ən yüksək xəstələnmə nisbətinə malikdirlər”.
“Biz digər ölkələrlə müqayisədə səhiyyəyə iki-üç dəfə çox pul xərcləyirik, lakin bizdə ən pis göstəricilər var. Biz dünyanın ən xəstə əhalisinə malikik”, - deyə Kennedi bildirib.
O qeyd edib ki, ABŞ dünyada bütün dərmanların 70 faizini alır. Kiçik Kennedi nəzarəti altında olan agentlikləri sağlam həyat tərzinin təbliğinə yönəldəcəyini vəd edib. Siyasətçi həm də pəhriz tövsiyələrini nəzərdən keçirmək və xroniki xəstəliklərin əsas səbəblərini öyrənmək niyyətindədir.
P.ƏMİRCANOV
XQ