Axios: Tramp Zelenski ilə söhbət zamanı Putinin razılıq əldə etmək istəyini deyib...
ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskiyə Rusiya lideri Vladimir Putinin müharibəni dayandırmaq üçün razılıq əldə etmək istədiyinideyib...
Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı yazır.
Portalın məlumatına görə, Zelenski Rusiya prezidentinin niyyətləri ilə bağlı daha skeptik fikir bildirib və qeyd edib ki, Ukraynanın “Putin üzərində öz təzyiq rıçaqları var.
Cavabında Tramp Zelenskiyə bildirib ki, Ukrayna prezidentinin onun Putinlə söhbətindən narahatlığını başa düşür. Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski diplomatik səylərin uğurlu olmasını istəyirsə, başqa yol yoxdur.
Digər məsələlərlə yanaşı, Axios qeyd edir ki, Amerika lideri Zelenskiyə onun Münhendə vitse-prezident Vens və dövlət katibi Marko Rubio ilə gözlənilən görüşünün diplomatik prosesin başlanması üçün çox vacib olacağını deyib.
Poliqon.info