AZ

Azərbaycanın regionlarında xarici valyutada əmanətlərin bölüşdürülməsi: Faiz dərəcələri və məbləğlər

Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə xarici valyutada cəlb olunmuş əmanətlər 4,9 milyard manat təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, əmanətlər üzrə orta faiz dərəcəsi 1,79% olub. Bu əmanətlərin 1,9 milyard manatı tələbli əmanətlərdən ibarət olub və onların orta faiz dərəcəsi 0,02%-dir. 3 milyard manatdan çox olan müddətli əmanətlərin orta faiz dərəcəsi isə 2,90% təşkil edib.

Məlumata əsasən, ölkə üzrə xarici valyutada cəlb olunmuş əmanətlərin ən böyük hissəsi - 4,7 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb. Bu əmanətlər üzrə orta faiz dərəcəsi 1,79%-ə bərabər olub.

Dövr ərzində regionlar arasında bankda manatla əmanətləri olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikinci yerdə qərarlaşıb. Burada yaşayan əhalinin banklarda 1,69% faiz dərəcəsi ilə 91,7 milyon manat pulu yerləşir.

Üçüncü yerdə isə 25,9 milyon manat əmanət cəlb edən Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Buradakı əmanətlərin orta faiz dərəcəsi 2,10% təşkil edib.

Ən az əmanət (16 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayonda əmanətlərin orta faiz dərəcəsi 3,43% olub ki, bu da digər iqtisadi rayonlar arasında ən yüksək göstəricidir.

Daha ətraflı məlumatı aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

İqtisadi Rayon Cəmi Məbləğ (manat) Orta Faiz Dərəcəsi (%) Tələbli Əmanətlər (manat) Tələbli Əmanətlərin Faiz Dərəcəsi (%) Müddətli Əmanətlər (manat) Müddətli Əmanətlərin Faiz Dərəcəsi (%)
Azərbaycan Respublikası 4,931,902 1.79% 1,909,103 0.02% 3,022,799 2.90%
Bakı İqtisadi Rayonu 4,739,491 1.79% 1,826,289 0.02% 2,913,202 2.90%
Abşeron-Xızı İqtisadi Rayonu 91,679 1.69% 40,612 0.00% 51,067 3.03%
Gəncə-Daşkəsən İqtisadi Rayonu 25,930 2.10% 7,621 0.00% 18,310 2.97%
Şəki-Zaqatala İqtisadi Rayonu 15,803 1.60% 7,494 0.00% 8,309 3.05%
Quba-Xaçmaz İqtisadi Rayonu 11,502 1.60% 5,454 0.00% 6,048 3.05%
Qazax-Tovuz İqtisadi Rayonu 8,711 2.22% 2,876 0.00% 5,835 3.31%
Lənkəran-Astara İqtisadi Rayonu 7,823 1.32% 4,345 0.00% 3,478 2.98%
Şirvan-Salyan İqtisadi Rayonu 4,984 1.80% 2,337 0.00% 2,646 3.39%
Qarabağ İqtisadi Rayonu 4,470 1.88% 1,952 0.00% 2,518 3.34%
Dağlıq Şirvan İqtisadi Rayonu 3,446 1.75% 1,300 0.00% 2,145 2.80%
Naxçıvan İqtisadi Rayonu 3,301 1.52% 1,860 0.00% 1,440 3.48%
Mil-Muğan İqtisadi Rayonu 2,484 1.85% 1,024 0.00% 1,461 3.14%
Şərqi Zəngəzur İqtisadi Rayonu 16 3.43% 2 0.00% 14 4.00%
Seçilən
4
1
fins.az

2Mənbələr