AZ

Sovet Bakısının televizorları: KVN, Aelita, Rekord - FOTO

14 fevral 1956-cı il Azərbaycan xalqının həyatında daha bir maraqlı hadisə baş verdi. Həmin gün Azərbaycan Televiziyası daimi yayıma başladı. Bu, Şərq müsəlman xalqlarının tarixində ilk televiziya idi. Şərqin ilk radiosunun siqnallarını da elə bakılı dinləyicilər tutmuşdular. Bu, televiziyadan düz 30 il əvvəl baş vermişdi. 
Bakıda kondisioner istehsalı barədə hamı məlumatlıdır. Lakin televizor istehsalı barədə məlumat azdır. Biz də bu gün, Azərbaycan Televiziyasının ad günündə bu boşluğu doldurmağa qərar verdik.

Avtosfer.az xəbər verir ki, 1942-ci ildə hərbi ehtiyaclar üçün qurulmuş Radiozavod 1948-ci ildə Yerli Sənaye Nazirliyinin talbeliyinə (hazırda zavod Müdafiə Sənayesinin tabeliyindədir) verilir. Artıq müharibə geridə qalmışdı və mülki təyinatlı mıəhsulların istehsalı zəruri idi. Buna görə də Leninqradda 1948-ci ildə Keniqson, Varşavski və Nikolaevin layihələndirdiyi televizor 1 il sonra Bakıda istehsal edilməyə başlayır. 

Hərbi zavodun məhsulu olduğu üçün KVN-49 həm də möhkəmliyi ilə seçilir. Bu televizor cüzi dəyişikliklərlə Bakıda 1962-ci ilədək istehsal edilir.
Televizorun ekranı çox kiçik (10X14 sm) olduğu üçün onun qarşısına su və qliserin doldurulmuş linza qoyulur ki, təsvir böyül alınsın.

Ötən əsrin 50-ci illərində Bakıda “Rekord” televizorlarının müxtəlif modelləri istehsal edilməyə başladı. Sonradan istehsal prosesi təkmilləşdi. Ən çox maraq doğuran isə Rekord-312 modeli oldu. Bu televizor həm istehsal müddətinə, həm də sayına görə Sovet İttifaqında rekordçu oldu. İstehsalı 1975-ci ildə başlayan texnika SSRİ-nin süqutu ərəfəsində konveyerdən yığışdırıldı.

Bakılı mühəndislər təkcə Moskva və Leninqradın layihələndirdiyi televizorları istehsal etmirdilər. Onların 1964-cü ildə istehsalına başladıqları “Aelita” televizoru sırf Bakı dizaynı idi. Televizorun adı kimi dizaynı da gözəl idi, sovet dizaynını qabaqlayırdı.
1965-ci ildə istehsalına başlanan “Qranit” televizorları isə “Aelita”nın təkmilləşmiş forması idi. Onlar həm də səs və təsvir keyfiyyətinə görə fərqlənirdilər.

Vüqar

FOTO QALEREYA
Seçilən
31
avtosfer.az

1Mənbələr