AZ

“Elza mənim üçün ölüb, artıq elə bacım yoxdur”

Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan onunla aralarında yaşanan qalmaqaldan söz açıb.

OLAY yazır ki, “Bir gün” verilişinə müsahibə verən Lalə Elza adında bacısının olmadığını deyib.

“Bacım mənimlə danışmırsa, canı sağ olsun. Bacıma qarşı qəlbimdə min qırıqlıq var. Qırılan bir şeyi necə düzəltmək olar? Biz bir daha Elza Seyidcahanla əvvəlki kimi ola bilmərik. Rəfiqələrinin sözü ilə belə etdi. Biz bir ata, ananın övladlarıyıq. Necə rəfiqə sözü ilə bunu edərsən? Ölsəm də yasıma gəlməsin. Hazırda mənim üçün ölüdür. Mənim kimi bacını belə etdi. Artıq mənim elə bacım yoxdur. Mənim elə bacım ola bilməz”.

Qeyd edək ki, Elza və bacısı Lalə uzun müddətdir küsülüdür.

Seçilən
28
6
olay.az

7Mənbələr