AZ

“Barselona”nın yetirməsi A Seriyasına üz tutdu

“İnter”in sabiq futbolçusu Keita Baldenin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, hücumçu “Montsa”ya keçib. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Baldenin son ünvanı “Sivasspor” olub. O, yanvardan azad agent idi.

Seneqallı hücumçu karyerası ərzində İtaliyada “Latsio”, “İnter”, “Kalyari”, “Sampdoriya”, Fransada “Monako”, Rusiyada “Spartak”, İspaniyada “Espanyol”, Türkiyədə “Sivasspor”da çıxış edib. O, “Barselona” klubunun yetirməsidir.

Seçilən
2
futbolpress.az

1Mənbələr