AZ

Qohum evliliyinin qarşısının alınması üçün hansı işlər görüləcək?

Ölkəmizdə bu ildən etibarən qohum evliliyi qadağan ediləcək, eyni zamanda erkən nikaha girmək üçün müəyyən güzəştlər də ləğv olunması nəzərdə tutulub. Hüquqi baxımdan qüvvəyə minən bu qaydaların praktikada da yerinə yetirilməsi müzakirə olunan mövzulardandır.

Ekspertlər qanunların sərtləşməsi isə ölkədə vətəndaş nikahına olan marağı artıra biləcəyini düşünür. Bu da rəsmi olmasa da, qohum evliliyi və erkən nikahların sayına çox az təsir edəcəyi fikrini formalaşdırır.

Bəs ölkəmizdə vətəndaş nikahına girən qohum evliliyi və erkən nikahların qarşısını almaq üçün hansı addımların atılacağı gözlənilir?

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Dəniz Vəliyeva Modern.az-a bildirib ki, ölkədə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi hazırlanıb. Həm erkən evlilik, həm də qohum nikahları özünün neqativ fəsadları ilə insan hüquq və azadlıqlarının təmin edilməsinə və eyni zamanda cəmiyyətin sağlam gələcəyinə bilavasitə zərbə vuran, daima ictimaiyyəti narahat edən və müxtəlif səviyyələrdə müzakirələrə səbəb olan məsələlərdir.

“Bu qanunların effektiv icrası üçün əsas yanaşma cəmiyyətin maarifləndirilməsidir. Dövlət Komitəsi Qohum evliliyi və erkən nikahların risklərini insanlara düzgün izah etmək üçün müxtəlif sosial və təhsil proqramları həyata keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə mütəmadi maarifləndirici tədbirlər təşkil edir və ictimaiyyətə məlumatlandırıcı materiallar təqdim edir. Komitə eyni zamanda media vasitəsilə mövzuya diqqət çəkir, sosial şəbəkələrdə aktiv məlumat yayımı aparır və müxtəlif yaş qruplarına uyğun təlimlər təşkil edir. Bu fəaliyyətlər gələcəkdə də davam etdiriləcək”.

Dəniz Vəliyeva bildirib ki, bu məsələ ilə atılacaq addımlar bir neçə əsas istiqamətdə görüləcək.

Maarifləndirmə kampaniyaları:

Qohum evliliyinin tibbi və sosial fəsadları barədə televiziya, sosial media və təhsil müəssisələrində geniş məlumatlandırma işləri aparılacaq.

Xüsusi videoçarxlar, ictimai müzakirələr və seminarlar təşkil olunacaq.

Ailə və cəmiyyətin məlumatlandırılması:

Valideynlər üçün seminarlar keçiriləcək, onların bu mövzuda maarifləndirilməsi təmin ediləcək.

Gənclərin təhsili və dəstəklənməsi:

Erkən nikahın qarşısını almaq üçün məktəblərdə və universitetlərdə müzakirələr təşkil ediləcək.Gənclərin təhsil və karyera imkanlarına çıxışını artırmaq üçün xüsusi dəstək proqramları hazırlanacaq.

Vətəndaş nikahları bəzi hallarda qohum evliliyi və erkən nikah hallarını gizli saxlamağa səbəb ola bilər. Buna görə də cəmiyyətdə rəsmi nikahın əhəmiyyəti vurğulanmalı və alternativ sosial tədbirlər həyata keçirilməlidir.

Maarifləndirmə və hüquqi məlumatlandırma:

Qohum evliliyinin və erkən nikahın fəsadları barədə cəmiyyətin məlumatlandırılması davam etdiriləcək. Rəsmi nikahın üstünlükləri, hüquqi qorunma və sosial təminatlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qohum evliliyi və erkən nikahların yaratdığı problemlərin ictimai müzakirəsi artırıl.Sosial media və ictimai debatlar vasitəsilə bu mövzuda açıq diskussiyalar təşkil ediləcək.Bu tədbirlər kompleks yanaşmanı tələb edir və cəmiyyətin maarifləndirilməsi yolu ilə qohum evliliyi və erkən nikahların azalmasına töhfə verməyi hədəfləyir. Dövlətin sosial siyasəti, təhsil və maarifləndirmə proqramları vasitəsilə bu problemin minimuma endirilməsi əsas məqsədlərdən biridir”.

Seçilən
4
1
modern.az

2Mənbələr