“Real TV”nin “Başdan başa” proqramının növbəti buraxılışı yayımlanıb. Aparıcı Sərdar Amin bu dəfə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin orada yaşayan azərbaycanlılara qarşı işlətdiyi ifadələrə sərt reaksiya verib.
Gundem.az-ın məlumatına görə, S.Amin Azərbaycanın təkcə Rusiyaya işləməyə gedən ticarətçilərlə təmsil olunmadığını vurğulayıb.
Aparıcı həmvətənlərimizin böyük ziyalı və biznes sahibləri kimi tanındığını da qeyd edib.
“Bazar adamı” kimi aşağılanan soydaşlarımız olmasaydı, Rusiya bazarında puç qozdan başqa heç nə tapılmazdı”,- jurnalist qeyd edib.
Aparıcı proqram zamanı amerikalı milyarder İlon Maskın USAID-lə bağlı açıqlamasına da diqqət çəkib.
Ətraflı videomaterialda: