AZ

Tramp Rusiyanın G8-ə qayıtmasını dəstəkləyib

Amerika prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə Səkkizlər Qrupunu (G8) bərpa etməkdən məmnun olacağını bildirib. O, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Trampın fikrincə, Rusiyanın G8-dən kənarda qalması səhv idi. Rusiya tərəfi 2014-cü ildə Ukrayna hadisələri , Avropa və ABŞ ilə münasibətlərin getdikcə mürəkkəbləşməsi fonunda G8-dən ayrılıb. Bundan sonra assosiasiya G7 formatına keçib.

“Reuters” agentliyi Trampın sözlərini sitat gətirib: "Mən onları geri gəbul etmək istərdim. Düşünürəm ki, onları qovmaq səhv idi. Baxın, söhbət mənim Rusiyanı bəyənib-bəyənməməyimdən getmir. Bu, G8 idi".

Nə Kreml, nə də bu il G7-yə sədrlik edən Kanada yazı zamanı Trampın sözlərinə cavab verməyib.

Almaz Həsənli

Seçilən
28
oxumeni.az

1Mənbələr