“ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin, çox ehtimal ki, iki əlamətdar tarixdən birinə qədər Ukraynada atəşkəsi təmin etməyə çalışacaqlar”.
Missiya.Az “Financial Times”a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək Qərb rəsmisi məlumat yayıb.
“Razılaşma ya aprelin 20-də keçirələcək Pasxa bayramında, ya da mayın 9-da Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsini qeyd edən gündə əldə oluna bilər”, - deyə vurğulanıb.
Onun sözlərinə görə, Putin belə əlamətdar günlərin birində sövdələşməyə getmək istəyəcək.
Daşqın HəsənovMissiya.Az