CHP Şanlıurfa Millət vəkili Mahmud Tanal Şanlıurfada qatıldığı tədbirin ardından vətəndaşlarla söhbət edib.
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman Tanalın yanına gələn şəxs "Avropada belə qanun yoxdur. Mən arvadımı sillələyə bilmirəm, qızıma heç nə deyə bilmərəm" deyib.
Tanal daha sonra “İnsan hüquqlarına zidd deyilmi?
Xanım sizə şillə vura bilər?
“Bəs xanımınıza niyə şillə vura bilirsən?” deyə soruşub.
Həmin şəxs tələbini müdafiə etməyə davam edərək “Onlar mənim ailəmdir.
Səhv edəndə onu tərbiyyə edə bilərəm.
Mən qızımı və bacımı tərbiyələndirə bilərəm.
Mənim dərdim bu qanunun qarşısının alınmsı, bu qanunu, qadın hüquqları qanununu ləğv edilməsi dir" deyib.
CHP üzvü Tanal daha sonra həmin şəxsə reaksiya göstərərək bunları deyib:
“Nə qanun, qardaş?
Dediyiniz qadın sizin həyat yoldaşınız deyilmi?
O da sizinlə eyni hüquqlara malik olmalıdır.
Tərbiyyəlendirməm ayrıdır, döymək və zorakılıq tətbiq etmək iki fərqli şeydir" deyib. /32gun.az