AZ

“Ronaldo ilə Messi arasında seçim etmək futbola təhqir olar”

İtaliyanın əfsanəvi qapıçısı Canluici Buffon hücumçular Lionel Messi və Kriştiano Ronaldo arasında ən yaxşı oyunçunu seçə bilməyib.

Msport.az xəbər verir ki, o, hər iki oyunçunun çıxışından eyni dərəcədə həzz aldığını bildirib.

“Ronaldo ilə Messi arasında seçim etmək futbola təhqir olar. Hər ikisi görkəmli çempiondur. Ronaldo qol vuran, Messi isə fantaziyalı oyunçudur. Lakin hər ikisi qol vurmağa qadirdir. Onların hər ikisinə hədsiz heyranam”, – deyə Buffon söyləyib.

Qeyd edək ki, Canluici Buffon 2023-cü ilin yayında karyerasını başa vurub. O, 2019-2021-ci illərdə “Yuventus”da Kriştiano Ronaldo ilə birgə çıxış edib.

Seçilən
0
msport.az

1Mənbələr