AZ

Yasamal Sosial Xidmət Mərkəzində “Atipik uşaqlarda sağlam sərhədlər və pozitiv disiplin anlayışının formalaşdırılması” mövzusunda təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən bəhrələnən uşaqların valideynləri üçün “Atipik uşaqlarda sağlam sərhədlər və pozitiv disiplin anlayışının formalaşdırılması” mövzusunda təlim keçirilib. 

 

Görüş zamanı iştirakçılara müsbət nizam-intizam yanaşmasının uşağa özünü daha bacarıqlı, təhlükəsiz hiss etməyə və müxtəlif çətinliklərin öhdəsindən gəlməyə imkan verməsi haqqında məlumat verilib. 

 

Müsbət nizam-intizam uşağın öz intizamını təmin edərək gözləntilərin, qaydaların və sərhədlərin necə aydın şəkildə ifadə edilməsi ilə bağlı bir yanaşmadır. Bu sistem uşağa aqressiv olmamağı, empatiya qurmağı, özünə və başqalarına hörmət etməyi, nəzakətli olmağı və insan haqlarını öyrədir.

 

Mütəmadi olaraq həyata keçirlən bu cür maarifləndirici görüşlərin əsas məqsədi müvafiq metodların tətbiqinə dair valideynlərə lazımi biliklərin aşılanması və düzgün istiqamətin göstərilməsidir.

Seçilən
33
qht.az

1Mənbələr