“Real” hücumçusu Vinisius Junior ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisi artıq oyunçunun meneceri ilə əlaqə saxlayıb və Vinisiusun tələb etdiyi məbləği öyrənmək istədiyini bildirib.
Braziliyalı futbolçu “kral klubu” ilə fikrini bölüşüb və cavab gözləyir.
Vinisiusun müqaviləsi 2027-ci ilin yayına kimidir. Oyunçunun adı daha əvvəl Səudiyyə Ərəbistanı klubları ilə hallanırdı.