"Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə, həmçinin üzv olmaq istədiyi beynəlxalq təşkilatlara diqqət yetirsək dünya birliyində yerinin və rolunun aydın mənzərəsi yaranır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Dövlətimizin başçısı İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, təxminən 200 ölkəni bir araya gətirən COP29-a ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi. Ölkəmiz bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etdi. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31