Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var.
“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun fevralın 14-də keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu məsələ beynəlxalq təcrübədə daha çox tətbiq olunur:
“Bu ildən dövlət qurumları ilə müzakirə edəcəyik ki, qanuna dövlət kanallarının xəbər proqramlarına surdotərcümə tətbiq edilməsi əlavə edilsin. Əgər qanun qəbul edilsə, dövlətdən maliyyələşən kanallarda istifadəsi vacib olacaq”.