ABŞ prezidenti Donald Tramp F-35-lərin satışına dəstək olacaqlarını bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında qeyd edib.
“Bu ildən başlayaraq Hindistana hərbi satışlarımızı milyardlarla dollar artıracaq və eyni zamanda F-35 döyüş təyyarələrinin verilməsinə də zəmin hazırlayacağıq”,- Birləşmiş Ştatların rəhbəri əlavə edib.
Qeyd edək ki, Hindistan daha əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına baxmayaraq, ABŞ-də müvafiq sanksiya qanunu olan CAATSA sanksiyalarından azad edilmişdi.
ƏIi Hüseynov