AZ

"Bələdiyyələr fəaliyyətinə yeni istiqamətdə davam edəcəklər" -Millət vəkili

"Komitə iclası zamanı müəyyən təkliflər oldu. Bunlar bu il öz əksini tapacaq. 2024-cü il yaddaqalan oldu. Prezident İlham Əliyevin başçılığı ilə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri davam edir. 2024-ci ildə mühüm hadisə növbədənkənar prezident seçkiləri oldu".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Nurlan Həsənov deyib. 

"Bələdiyyələr birləşdikdən sonra ilk dəfə bütöv Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Onlar fəaliyyətinə yeni istiqamətdə davam edəcəklər. Vaxtında bələdiyyələrə aparılan araşdırmalar zamanı korrupsiya və rüşvət halları aşkarlanıb. İndi bu hallar azalıb".

Türkan İSGƏNDƏRLİ

Seçilən
11
redaktor.az

1Mənbələr