“Şamaxı”nın sabiq futbolçusu Giorgi Kantariya özünə yeni iş yeri tapıb.
İdman.biz xəbər verir ki, Azərbaycan klubundan danışılmış oyunlara görə kənarlaşdırılan 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək.
Kantariya “Sokol”la danışıqları müsbət yekunlaşdırıb. O, mövsümün sonuna kimi Saratov təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, “Şamaxı” Kantariya ilə müqaviləyə keçən ilin dekabrında xitam verib.
İdman.biz