AZ

Şura sədri: Ötən il daxil olan dörd şikayətlə bağlı hüquqi tədbir görülüb

Ötən il Audiovizual Şuraya daxil olan dörd şikayətlə bağlı hüquqi tədbir görülüb, beş kanala isə xəbərdarlıq edilib.

"Report" xəbər verir ki, bunu Audiovizual Şurasının sədri İsmət Səttarov qurumun hesabat brifinqində deyib.

Şura sədri bildirib ki, hesabat ilində 301 müraciətdən 60-ı işlə təmin olunma ilə bağlı olub:

"Müraciətlərdən 124-ü audiovizual proqramlarla bağlı olub. Həmin müraciətlərdən 85-i tam cavablandırılıb".

Seçilən
21
1
report.az

2Mənbələr