II Liqada mübarizə aparan «Dinamo» heyətini gücləndirib.
Çempionatda üçüncü dövrəyə hazırlıq görən «polislər» düşərgəsinə birdən-birə 7 oyunçu qatıb. «Şamaxı»dan HəsənəliRəhimov, «Səbail»dən İkram Həmidli və «Hypers Quba»dan Nail Təhməzli komandanın sıralarına qoşulub.
Daxili İşlər Nazirliyinin klubu həmçinin Xəyal Qocayev,.Amil Nurəhmədov, Fərid Əhmədov və Orxan Novruzovla müqavilə imzalayıb.
«Dinamo» 13 tura 19 xal toplayıb. Yaşar Seyidovun başında dayandığı kollektiv 14 iştirakçı arasında 8-ci pillədə yer alıb.
SPORTİNFO.AZ