Keçmiş FİFA referisi Tahir Süleymanov AFFA Hakimlər Komitəsinin sədri  Frank De Blekeri sərt tənqid edib.

Rekord.az xəbər verir ki, Süleymanov belçikalının münahisəli epizodları ekspert kimi şərh etməsinə etiraz edib.

Sosial şəbəkə hesabında bununla bağlı paylaşım edən Tahir bəy bu fikirləri yazıb: "Frank De Bleker müstəqil ekspert deyil. Belçikalının açıqlamasından öncə mütəxəssislər, jurnalistlər, çoxsaylı azarkeşlər obyektiv olaraq epizodları dəqiqliklə şərh edirlər. Baxmayaraq ki, bir çox klublar susur və ya təriflə məşğul olur, rahatlıqlarını pozmaq istəmirlər... Hər ay bir ayağı Belçikada olan De Blekeri Azərbaycana ona görə gətirilməyib ki, epizodlar şərhçi kimi şərh edilsin... Belçikalı mütəxəssis ona görə müqavilə əsasında buradadır ki, bu problemlər(i) həll edilsin/həll etsin!"