AZ

Sənədsiz evlərlə bağlı MÜHÜM MƏLUMAT

“Bələdiyyələrlə bağlı daha bir problem sənədsiz evlərlə bağlıdır. Bəziləri 500 min, bəziləri 700 min, bəziləri isə 1 milyona yaxın sənədsiz evlərin olduğunu deyir. Bakı şəhərində yarım milyona yaxın sənədsiz ev var. Bunun bir çox səbəbi var. Qanunsuz tikilmiş, qadağan olunmuş ərazilərdə tikilən evlər var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında deputat Kamran Bayramov deyib.

O bildirib ki, bu səbəbdən bələdiyyələr bir milyon əmlakdan vergi tuta bilmirlər:

“Əgər dövlət mərhələli şəkildə sənədsiz evlərin sənədləşdirilməsi işini həyata keçirirərsə, bu həm də bələdiyyələrə xeyir olacaq”.

Günay Şahmar, Bizim.Media

Seçilən
22
4
bizim.media

5Mənbələr