Bakıda yarım milyon sənədsiz ev var.
Modern.az xəbər verior ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bugünklü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bunun bir sıra obyektiv səbəbləri var.
"Əgər qeyri-rəsmi rəqəmlərə inansaq, ümumilikdə 1 milyon sənədsiz ev var. Bu da bələdiyyələrin 1 milyon evdən gəlir götürə bilməməsi deməkdir ki, bu da ciddi rəqəmdir. Sənədləşdirmə işləri sürətlə aparılarsa, həm mənzil bazarı canlanacaq, həm də bələdiyyələr üçün bu sərfəli olacaq. Eləcə də ev sahibləri də fayda götürəcək. Belə ki, onlar sənədsiz evlərə sərəncam verə bilmirlər, alğı-satqıya yönəldə bilmirlər. Cənab Prezidentin sərəncamına uyğun olaraq, sənədləşmə işləri aparılarsa, həm dövlətimiz, həm də vətəndaşlarımız xeyir götürəcək”.