AZ

Orban: "Rusiya yenidən dünya iqtisadiyyatı və Avropa təhlükəsizliyi sistemlərinə inteqrasiya edəcək"

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı münaqişənin nizamlanmasından sonra Rusiyanın dünya iqtisadiyyatı sisteminə qayıdacağına əmindir.

Orban "Kossuth" radiosunun səhər verilişindəki çıxışında Ukraynada sülh bərqərar olduqdan sonra Rusiyanın yenidən dünya iqtisadiyyatı və Avropa təhlükəsizliyi sisteminə tam inteqrasiya edəcəyinə əmin olduğunu söyləyib. Orban RF Prezidenti V.Putin ilə görüşməyi planlaşdıran ABŞ Prezidenti Donald Trampın Ukraynadakı döyüşləri dayandırmaq barəsində razılığa nail olacağına ümid bəslədiyini deyib: "Məncə, ABŞ Prezidenti sülh danışıqları masasında razılığa nail olduqdan sonra Rusiya yenidən dünya iqtisadiyyatına və Avropa təhlükəsizlik sisteminə inteqrasiya olunacaq".

Hürr Tərcüman

Seçilən
4
hurriyyet.az

1Mənbələr