AZ

Ötən il televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

Bakı, 14 fevral, AZƏRTAC

Ötən il vətəndaşlar tərəfindən televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub, onlardan 85-i tam cavablandırılıb.

AZƏRTAC xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, vətəndaşların şikayətləri müvafiq olaraq yayımçılara yönləndirilib. “Üç şikayətlə bağlı hüquqi tədbir görülüb və kanallara sanksiya tətbiq edilib. Beş şikayətlə bağlı isə kanallara tövsiyə verilib”, - deyə o əlavə edib.

Seçilən
34
5
azertag.az

6Mənbələr