İnsanlar çarəsiz qalıb ki, biz harada özümüzə iş tapaq.
APA xəbər verir ki bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” nin müzakirəsində deyib.
Qüdrət Həsənquliyev bildirib ki, himayəsində kiçik uşaqlar olan qadınlar var, onlar 320 manat maaş alır, düşünürlər ki, harada necə iş tapsınlar: “Bu gün təşəbbüskar olmaq lazımdır. Bələdiyyələr obyektlərin yaradılması üçün iş görməlidir. Bələdiyyələrə tikintiyə icazə vermək üçün icazə verilməlidir. Lerikdə tövlə tikmək üçün gəlib Bakıdan icazə almaq lazımdır. Bütün dünyada tikintiyə icazəni bələdiyyələr verilir. Azərbaycanda bələdiyyələr ciddi bir işlə məşğul deyillər”.