Rusiyanın pilotsuz uçuş aparatı (PUA) gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasında radiasiya sığınacağını vurub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat paylaşıb.
Ukrayna lideri Rusiya PUA-nın hücumu nəticəsində elektrik stansiyasının 4-cü reaktorunu qoruyan strukturun zədələndiyini bildirib. O, hücumun yanğına səbəb olduğunu, lakin artıq söndürüldüyünü bildirib.
Gülayə Mecid