AZ

Azərbaycanın sığorta bazarının həcmi 1,3 milyard manatı keçib – Ülviyyə Cabbarova

Son illərdə Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir və bunun real göstəriciləri artıq müşahidə olunmaqdadır. 
Finss.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova bu barədə Azərbaycan Maliyyə Forumu çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. O vurğulayıb ki, bu rəqəm sığorta sektorunun ölkənin maliyyə sistemindəki əhəmiyyətini göstərir:
"Əlbəttə ki, bu inkişaf sevindiricidir, amma qarşıda duran yeni imkanlar və çağırışları da diqqətdə saxlamalıyıq. Sığorta bazarının dayanıqlı və effektiv inkişafını təmin etmək üçün sektorda yeni strategiyaların tətbiqi zəruridir."
O, çıxışı zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın sığorta sektoru üçün əhəmiyyətini xüsusi vurğulayıb. Onun fikrincə, bu strategiyanın icrası sığorta sektorunun daha da inkişaf etməsinə töhfə verəcək:
"Biz sığorta sektoru olaraq maliyyə bazarının digər iştirakçıları – banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək."
O, həmçinin bildirib ki, sığorta bazarının daha sürətli böyüməsi üçün yeni məhsulların hazırlanması, innovativ həllərin tətbiqi və bazar iştirakçılarının koordinasiyalı fəaliyyəti vacibdir. Bu baxımdan ASA-nın maliyyə ekosistemində daha aktiv rol oynayacağı və yeni təşəbbüslərlə çıxış edəcəyi gözlənilir.

Fuad Mədətov
Finss.az

Seçilən
29
fins.az

1Mənbələr