AZ

"Neftçi"nin yeni transferi üçün Kipr klubuna ödəyəcəyi məbləğ MƏLUM OLDU

"Neftçi" yeni transferi Bassala Sambunun keçidi üçün "Enosis Neon Paralimni"yə (Kipr) təzminat ödəyəcək.

hakimiyyet.az xəbər verir ki, futbolçu üçün ödənəcək təzminatın məbləği müəyyənləşib.

Kipr mediasında yayılan xəbərlərə görə, Azərbaycan təmsilçisi "Enosis Neon Paralimni" klubuna 100 min avro ödəniş edəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu "Neftçi" ilə 1.5 illik müqavilə imzalayıb.

Seçilən
29
hakimiyyet.az

1Mənbələr