AZ

Audiovizual Şura hansısa kanala məhdudiyyət və ya qadağa qoymağı planlaşdırmır - Sədr

Bakı.Trend:

Azərbaycan Respublikasının “Media haqqında" Qanun pozulmadığıhalda Audiovizual Şura hansısa kanala məhdudiyyət və ya qadağaqoymağı planlaşdırmır.

Trend xəbər verir ki, bunu bugün Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdəjurnalistlərin suallarını cavablandırarkən deyib.

Sədr bildirib ki, Audiovizual Şura televiziyalarda ailə-məişətmövzularında yayımlanan proqramların vaxtına da müdaxilə edəbilməz.

"Müdaxilə qanun pozuntusudur. Biz yalnız tövsiyə verə bilərik”,-deyə o qeyd edib.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr