AZ

Xaricdən avtomobil alanlara BƏD XƏBƏR: Bundan sonra...

Bəs bu üsullar hansılardır? Vətəndaşlar xaricdən maşın alarkən nəyə diqqət etsinlər?
Məsələni dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli ‘’Ajans.az’’-a deyib ki, bu tip dələduzluq hallarının sayı həddindən artıq artıb:
‘’Hətta, tanıdığım bir neçə şəxs belə həmin dələduzların toruna düşüblər. Burada kifayət qədər böyük vəsaitlərdən söhbət gedir. Xaricdən avtomobil gətirənlər müştərilərdən 70 faizədək ödəniş istəyirlər. Bildiyiniz kimi, yeni avtomobillər adətən, Çindən, Amerikadan gətirilir. Dələduzların çoxu sosial şəbəkələrdə paylaşım edərək insanları şirnikləndirirlər. Buna görə də elan verən şirkətin hüquqi şəxs olub-olmaması barədə araşdırma aparmaq lazımdır. Həmin adamların indiyə kimi neçə ədəd maşın gətirdiyi ilə bağlı informasiya almaq gərəklidir. Yaxşı olardı ki, vətəndaşlar müştəri bazasıyla tanış olsunlar. Eyni zamanda şirkətlərin dövriyyə üzrə fəaliyyətini izləmək vacibdir. Bir neçə şəxslər tərəfindən zəmanət alınmalıdır. Ödənişi edərkən girov müqaviləsi imzalamaq etibarlı sayılır. Amma bununla bağlı hüquqda xüsusi bir göstəricilər yoxdur. Yalnız tənzimləyici normalar mövcuddur. Bir sözlə, xaricdən avtomobil alarkən sadaladığım qaydalara əməl etməliyik".

Seçilən
22
1
Ajans.az

2Mənbələr