AZ

Bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmlər yoxdur – Deputat

Bakı. Trend:

Bələdiyyələrin vergi yığımı ilə bağlı effektiv mexanizmləryoxdur.

Trend xəbər verir ki, bunuMilli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildəfəaliyyəti haqqında məruzəsinin müzakirəsində çıxışı zamanı deputatBəhruz Məhərrəmov deyib.

Millət vəkili çıxışı zamanı bələdiyyələrin fəaliyyətində mövcudolan problemlərdən də bəhs edib:

“Problemlər varmı, təbii ki, var və kifayət qədər məsələqaldırmaq mümkündür. Məsələn, torpaqların sərhədlərinin hələ dədəqiq müəyyən edilməməsi, bələdiyyələrin vergi yığımı ilə bağlıeffektiv mexanizmlərin olmaması, bələdiyyələrin imkanlarınınxaricində olan öhdəliklərlə yüklənməsi, o cümlədən kənd yollarınınbələdiyyələrin balansında olması və bu yolların təmirinin imkanxaricində olması kimi çoxsaylı məsələlər var.

Hesab edirəm ki, indiki məqamda biz daha çox konseptualməqamlara fokuslanmalıyıq və konseptual əsasda isə deyə bilərik ki,böyük zəfərimizin ardınca formalaşan konfiqurasiya kifayət qədərmüsbət perspektiv vəd edir”.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr