AZ

"Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır" - Deputat

“Bu gün Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı deputat Qüdrə Həsənquliyev deyib.

“Bu gün məruzəni dinlədik. Məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardım edilib. Neçəsinə kömək edilib? Abadlıq işləri aparılıb. Neçə binanın qarşısında abadlıq işləri aparılıb? Neçə km yol təmir olunub? Toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əməkhaqqısına gedib, nə qədəri digər işlərə sərf olunub? Bu barədə məlumat yoxdur. Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır. Astarada mağaza, ictimai iaşə obyekti açmaq istəyən Bakıdan icazə alır. Dünyanın bütün inkişaf etmiş ölkələrində tikitiyə icazəni bəldiyyələr verir. Bələdiyyələrə belə səlahiyyət tanınsa, ölkədə investisiya qoyuluşu 3-4 dəfə artacaq, süründürməçiliyə son qoyulacaq, bütün neqativ hallar aradan qaldırılacaq. Ölkədə sürətli inkişafa nail olacağıq. Bu istiqamətdə bələdiyyələrin işinə nəzarət orqan təşəbbüskar olmalıdır”, - deyə deputat bildirib.

Anar Kəlbiyev

Seçilən
6
2
unikal.az

3Mənbələr