Bakı. Trend:
Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manatdotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərə tutulub.Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaqbu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min950 manat, aylıq isə 912 manat ayrılacaq. Bələdiyyələrin maliyyəmənbələrinin məhdud olduğunu onların güclü institut kimiformalaşması və inkişafını xüsusi təşviq etmir. Təbii ki, kənarmaliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb dəazalmalıdır.
Trend xəbərverir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasındabələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsindəçıxışı zamanı deputat Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, dotasiyanın məbləğininmüəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarınaəsaslanır.
“Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digərkeyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlətbüdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorlarıəsasında həyata keçirilməlidir.
Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindəndotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskinfərqlənməməsidir. Məruzədə də qeyd olunduğu kimi, 2024-cü ilin ilk9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub. Göründüyükimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadəetmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir.
Gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdəntorpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materiallarıüzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəətvergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisindəisə yerli əhəmiyyətli tikinti materialalrı yoxdur və bələdiyyəmüəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələrüçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasınaehtiyac var", - o bildirib.
Onun sözlərinə görə, bələdiyyələrin son birləşməsindən sonra daAzərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələrilə müqayisədə yenə də çoxdur.
"Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaşTürkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyətgöstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələrimüqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərininsəmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir.
Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4337müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki,bələdiyyələrin fəaliyyətinə içtimai nəzarətin daha dagücləndirilməsinə ehtiyac var.
Bütün bunlar ilə yanaşı, bələdiyyələrin fəaliyyətiningücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövsiyəedərdik:
- Dövlət büdcəsindən dotasiyanın verilməsinə keyfiyyətmeyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərənbələdiyyə daha çox dotasiya alsın;
- Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayışməntəqəsinin növü (şəhər, qəsəb və kənd) nəzərə alınmaqla xüsusiəmsallar tətbiq edilsin;
- Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılmasısürətləndirilsin, bu saxta sənədlərin verilməsinin qarşısınıalmaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha daartırar.
- Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi vəgenişləndirilməsi daha sistemli şəkildə dəstəklənsin”, - deyədeputat qeyd edib.