AZ

Məğlubedilməzlər

Çempionlar Liqası tarixinin evdəki ən uzun məğlubiyyətsiz seriyaları açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS 1955-ci ildən keçirilən, əvvəl Çempionlar kuboku adlanan turnirdə ən azı 23 ev oyununda uduzmayan komandaları müəyyənləşdirib.

Siyahıya “Bavariya” başçılıq edir. 1969-91-ci illərdə 43 ev matçında uduzmayan Almaniya klubu bu müddətdə 38 qələbə qazanıb və 5 heç-heçə edib.

“Barselona” ikinci yerdə qərarlaşıb. Üç gün öncə “Real”a uduzmaqla seriyası qırılan “Mançester Siti” üçüncü pillədədir.

Qeyd edək ki, indiyədək 14 dəfə belə seriyaya təsadüf olunub.

yer

komanda

O

Q

H

tarix

tarix

1

Bavariya

43

38

5

17.09.1969

06.03.1991

2

Barselona

38

34

4

18.09.2013

04.11.2020

3

Mançester Siti

35

30

5

07.11.2018

29.01.2025

4

Real

32

27

5

17.09.1975

24.10.1990

5

Liverpul

32

28

4

14.09.1976

30.10.2001

6

İnter

32

24

8

25.09.1963

25.09.2002

7

Bavariya

31

24

7

04.03.1998

27.08.2002

8

Seltik

29

22

7

01.10.1969

05.10.1988

9

Yuventus

29

23

6

27.09.1972

18.10.1995

10

Mançester Yunayted

27

24

3

26.09.1956

25.09.1996

11

Arsenal

27

19

8

14.09.2004

15.04.2009

12

Mançester Yunayted

24

18

6

27.09.2005

03.11.2009

13

Milan

23

18

5

06.10.1988

02.11.1994

14

Yuventus

23

14

9

02.10.2013

13.02.2018

İdman.biz

Seçilən
13
idman.biz

1Mənbələr