“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Avropa Liqasında “Alkmaar”a məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yaxşı oynamadıq. Qırmızı vərəqədən sonra müdafiədə etibarlı ola bilmədik. Bizim üçün məyusedici gün oldu. Ümidimizi itirmirik. Növbəti görüşü evimizdə oynayacağıq. Belə dönüşlərimiz çox olub. İnanırıq və bununçün hazırlaşacağıq”.
“Qalatasaray” – “Alkmaar” oyunu fevralın 20-də olacaq.