AZ

İsmət Səttarov: Audiovizual Şura sosial şəbəkələrin fəaliyyətinə müdaxilə edə bilməz

Audiovizual Şura sosial şəbəkələrin fəaliyyətinə müdaxilə edə bilməz.

“Report” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda beynəlxalq təcrübə öyrənilir:

“Bu məsələdə əsasən valideynlərin nəzarəti olmalıdır. Biz verilişlərə yaş məhdudiyyətləri ilə bağlı nişanlar qoyuruq, amma valideynlər uşaqların nəyə baxdığına diqqət etməlidirlər".

İ.Səttarov bildirib ki, Azərbaycan bəzi beynəlxalq platformalarla danışıqlar aparır:

"Amma müsbət nəticələr əldə olunması üçün uzun zaman tələb olunur”.

Seçilən
31
report.az

1Mənbələr