ABŞ dövlət katibi Marko Rubionu daşıyan təyyarə mexaniki nasazlıq üzündən geri qayıdıb.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən təyyarədə yaranan nasazlıqla bağlı açıqlama verilib.
"Bu axşam Vaşinqtondan Münhenə yola düşən dövlət katibi Rubionu aparan təyyarədə mexaniki problem olub", - deyə açıqlamada qeyd olunub.
Rubio Almaniya və Yaxın Şərqə səfərləri üçün fərqli təyyarədən istifadə edəcək. Adının açıqlanmasını istəməyən məmur deyib ki, havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra “Boeing 757 C-32” təyyarəsinin kokpit pəncərəsində texniki problem yaranıb.