Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi müştərilərinə yüksək səviyyədə və effektiv xidmət göstərmək məqsədilə “Araz” mobil tətbiqini daha da inkişaf etdirir. Tətbiq ötən il yüklənmə rekordunu yeniləyib. Belə ki, müştərilər tərəfindən böyük maraq göstərilən tətbiq 1,283,643 dəfə yüklənib. İstifadəçilər mobil tətbiq vasitəsilə həm alış-verişlərini rahatlıqla həyata keçirir, həm də bir sıra imkanlardan yararlanır. “Araz” mobil tətbiqinin təqdim etdiyi əsas üstünlüklər aşağıdakılardır:
1. Müştəri kartı ilə 2% keşbek qazanmaq imkanı:
- “Araz” mobil tətbiqi vasitəsilə edilən hər 10 AZN-lik alış-verişdə müştərilər 2% keşbek qazanır. Kartda toplanan keşbeklər digər alış-verişlər zamanı ödəniş kimi dəyərləndirilə bilər.
2. Vakansiyaları izləmək və müraciət etmək:
Tətbiq istifadəçilərə “Araz” supermarketlər şəbəkəsinin mövcud vakansiyalarını görmək və birbaşa iş üçün müraciət etmək imkanı verir. Bu, həm iş axtaranlar, həm də şirkətdəki karyera imkanlarını izləmək istəyənlər üçün əla fürsət yaradır.
3. İnternetsiz istifadə imkanı:
Tətbiq istifadəçilərinə internetə qoşulmadan da müştəri kartlarından istifadə etməyə imkan verir. Bu, xüsusən internetin olmadığı vəziyyətlərdə alış-verişləri rahatlaşdırır.
4. Xüsusi kampaniya və endirim bildirişləri:
Tətbiq istifadəçilərinə “Araz” supermarketlər şəbəkəsinin xüsusi kampaniya və endirimləri barədə bildirişlər göndərir. Bu, müştərilərin heç bir fürsəti qaçırmamağını təmin edir.
5. Ən yaxın filialı tapmaq:
Mobil tətbiqdəki xəritə funksiyası vasitəsilə müştərilər ən yaxın “Araz” mağazasını asanlıqla tapır. Filialın ünvanını, əlaqə nömrəsini və iş saatlarını rahatlıqla əldə etmək mümkündür.
6. Ailə kartı funksiyası:
“Araz” mobil tətbiqi müştərilərə kart məlumatlarını ailə üzvləri ilə paylaşma imkanı da verir. Bu xüsusiyyət ailə büdcəsinə qənaət etməyə və ailə üzvlərinin alış-verişlərini daha rahat idarə etməyə kömək edir.
7. Operativ cavablandırma
“Araz” mobil tətbiqində müştərilərin sualları dərhal cavablandırılır, şikayət və təklifləri qeydə alınır. Bunun üçün tətbiqdə “Araz baba” çatbotu fəaliyyət göstərir. Kampaniyalar, endirimlər, mağazaların ünvanları və digər sualları Araz babaya asanlıqla vermək mümkündür. Çatbot Azərbaycan, rus və ingilis olmaqla 3 dildədir.