Bakı. Trend:
İqtisadiyyat Nazirliyində ”Vergi Xidməti – 25: Davamlıinkişaf və effektiv transformasiya” mövzusunda Forumkeçirilib. Tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar vəekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunanuğurlar və gələcək hədəflər müzakirə olunub. Forum çərçivəsindəmüxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinəsertifikatlar təqdim edilib. Kapital Bank “Qeyri-neftsektoru üzrə vergi rekordçusu” nominasiyasında sertifikatalayiq görülüb.
Qeyd edək ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovunçıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakırolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznesmühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarlasəmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən birinstitut olduğunu bildirib. Forum çərçivəsində AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarınaünvanladığı məktub da səsləndirilib.
Ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bankuzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir vəsahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələrhəyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı vəiqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə busertifikatla qiymətləndirilib.
Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığınıntəkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması vəsahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatlarınölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. KapitalBankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksəksəviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən birikimi qeyd olunub.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildirki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ənböyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bankolan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqişəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyatakeçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir vəreal sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.Ətraflı məlumat üçün: https://kapitalbank.az