AZ

“Məgər mən təsisçisiyəm ki, bu insanların klubu himayəsinə götürməsinə mane olum?”

«Yeni sponsorla bağlı hər şey qaydasındadır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Gəncə təmsilçisinin rəhbəri bildirib ki, klubu himayəsinə götürən şirkətlə danışıqlar arxada qalıb və hazırda sənədləşmə prosesi gedir.
Müsahib qeyd edib ki, ölkə xaricində fəaliyyət göstərən tərəfdaş «Kəpəz»in səhmdarı olacaq: «Bilirsiz ki, «Kəpəz»in əsas təsisçisi AFFA-dır. Federasiya yeni sponsorun gəlişiylə əlaqədar öz təsisçilik payını onlara verməyə razılaşıb. Hazırda hüquqi prsedur davam edir. Yaxın günlərdə bu məsələ tam həll olunmalıdır. Gəncəli azarkeşlər heç nədən narahat olmasın. «Kəpəz» onların arzuladığından da yaxşı yerlərə gələcək. Burada güclü klub formalaşacaq. İddialı komanda görmək azarkeşlərimizin arzusudur. Biz bu işi birlikdə görəcəyik.Sponsorumuzun hədəfləri böyükdür. Bu şəxslərlə bizim heç bir problemimiz yoxdur. Hər deyilənə inanmayın. Məgər mən klubun təsisçisiyəm ki, bu insanların «Kəpəz»i rəsmən himayəsinə götürməsinə mane olum?Yenə deyirəm, təsisçi AFFA-dır, onlar da dəyişikliyə razıdır».

Seçilən
21
sportinfo.az

1Mənbələr